Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Göstərici 5.a.1 a) Kənd təsərrüfatı torpaqlarına mülkiyyət hüququ və ya həmin torpaqlar üzərində qorunan hüquqları olan əhalinin kənd təsərrüfatı ilə məşğul olan ümumi əhalidə xüsusi çəkisi, cins üzrə bölgüdə; və b) kənd təsərrüfatı torpaqlarının mülkiyyətçisi və ya həmin torpaqlar üzərində hüquqları olan şəxslər arasında qadınların xüsusi çəkisi, torpağa sahib olma formaları üzrə bölgüdə

Bu göstəriciyə dair  məlumatlar  Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan yeni təsərrüfatbaşına uçot sənədlərinin elektron qaydada tətbiqi nəticəsində 2020-ci ilədək toplanılacaq.



  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: a) Kənd təsərrüfatı torpaqlarına mülkiyyət hüququ və ya həmin torpaqlar üzərində qorunan hüquqları olan əhalinin kənd təsərrüfatı ilə məşğul olan ümumi əhalidə xüsusi çəkisi, cins üzrə bölgüdə; və b) kənd təsərrüfatı torpaqlarının mülkiyyətçisi və ya həmin torpaqlar üzərində hüquqları olan şəxslər arasında qadınların xüsusi çəkisi, torpağa sahib olma formaları üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Kənd təsərrüfatı statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs
Gündüz Məmmədov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu gunduzm@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 93 96
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 90 73
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/31/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 8/31/2018
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı a) Bu alt-göstərici vasitəsilə kənd təsərrüfatı torpaqlarına mülkiyyət və ya sahib olma hüququ olan əhalinin kənd təsərrüfatı ilə məşğul olan ümumi əhali arasında xüsusi çəkisi cinslər üzrə bölgüyə əsasən müəyyən edilir; b) bu alt-göstərici kənd təsərrüfatı ilə məşğul olan əhali arasında kənd təsərrüfatı torpaqlarına mülkiyyət və ya sahib olma hüququ olan ümumi əhalinin neçə faizini qadınların təşkil etdiyini müəyyən edir.
3.2 Təsnifat sistemi İqtisadi Faəliyyət Növlərinin Təsnifatı
3.3 Əhatə edilən sektor İqtisadi Fəaliyyət Növlərinin təsnifatı üzrə iqtisadiyyatın A - Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsulları seksiyası əhatə olunur.
3.4 Statistik anlayışlar və təriflər Kənd təsərrüfatına yararlı torpaq sahəsinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə mütəmadi istifadə olunan torpaqlar daxil edilmişdir.
3.5 Statistik vahid Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları.
3.6 Statistik məcmu Kənd təsərrüfatı torpaqlarına mülkiyyət hüququ və ya həmin torpaqlar üzərində qorunan hüquqları olan əhaliyə dair məlumat Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin ümumi sayı və onların cins bölgüsünə dair məlumat Əmək statistikası şöbəsi tərəfindən təqdim edilir.
3.7 İstinad zonası Respublika üzrə
3.8 Vaxt əhatəliyi İllik
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) tövsiyyələri (Food balance sheets,A handbook, FAO UN)
6.2 Məlumatların təşkilatlararası bölgüsü Dövlət Statistika Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi 
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Məlumatların yayılması Statistik məlumatların buraxılış təqvimi əsasında həyata keçirilir
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər
10.3 Onlayn məlumat bazası
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər  İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər  Metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumat verilmişdir.
10.7 Keyfiyyət üzrə sənədlər
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir https://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları İldə bir dəfə kənd təsərrüfatı statistikasına və əmək statistikasına dair istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
12.2 İstifadəçi məmnunluğu İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2016-cı il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir http://www.stat.gov.az/source/others/sorqu-yekun_07.12.2016.pdf
12.3 Dolğunluq Kənd təsərrüfatı torpaqları və məşğulluq statistikası ilə bağlı məlumatlar tam dolğundur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndirmə aparılmamışdır.
13.2 Seçmə xətası Seçmə xətası hesablanmır.
13.3 Qeyri-seçmə xətası
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Kənd təsərrüfatı torpaqlarına mülkiyyət hüququ və ya həmin torpaqlar üzərində qorunan hüquqları olan əhaliyə dair məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi ildə bir dəfə olmaqla təqdim edir. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin ümumi sayı və onların cins bölgüsünə dair məlumat Əmək statistikası şöbəsi tərəfindən təqdim edilir.
14.2 Tam vaxtında yerinə yetirmə Kənd təsərrüfatı ilə məşğul olan əhalinin ümumi sayı və onların cins bölgüsünə dair məlumatın toplanması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Göstərici ölkə üzrə hesablanır
15.2 Vaxt üzrə müqayisəlilik Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr mövcud deyil.
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələri ilə uyğunluq təşkil edir.
15.4 Daxili uyğunluq
16 1 Xərc və yük Statistik məlumatlar illik dövriliklə kənd təsərrüfatı müəssisələri və təşkilatlarından onlayn rejimdə, yerli inzibati ərazi dairələri üzrə fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarından kağız daşıyıcılarla toplanır.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlament üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. İlkin məlumatlar iyun-noyabr aylarında (hər ayın 3-nə qədər), son məlumatlar isə dekabr ayının 5- dək yerli statistika orqanlarında toplanır. Yerli statistika orqanları 25 dekabr tarixinədək verilmis məlumatları ilkin məlumatlarla əlaqələndirərək son dəqiqləşməni aparır.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Məlumat üçün mənbə fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarıdır. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatlarına istinad edilir.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir. Bu məqsədlə nəzarət prosedurları və keyfiyyətə nəzarət cədvəlləri tətbiq olunur.
18.5 Məlumatların ümumiləşdirilməsi Kənd təsərrüfatı statistikasına dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır.İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılır və bu Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19 1 Şərh