Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
Göstərici 1.3.1 Sosial müdafiənin minimum səviyyəsi və ya sistemləri ilə əhatə olunan əhalinin xüsusi çəkisi, cins üzrə bölgüdə, uşaqlar, işsizlər, ahıllar, əlilliyi olan şəxslər, hamilə qadınlar, yeni doğulanlar, istehsalat xəsarəti alanlar, yoxsul və aztəminatlıları ayırmaqla


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  1.3.1 Sosial müdafiənin minimum səviyyəsi və ya sistemləri ilə əhatə olunan əhalinin xüsusi çəkisi, cins üzrə bölgüdə, uşaqlar, işsizlər, ahıllar, əlilliyi olan şəxslər, hamilə qadınlar, yeni doğulanlar, istehsalat xəsarəti alanlar, yoxsul və aztəminatlıları ayırmaqla
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Sosial müdafiənin minimum səviyyəsi və ya sistemləri ilə əhatə olunan əhalinin xüsusi çəkisi, cins üzrə bölgüdə, uşaqlar, işsizlər, ahıllar, əlilliyi olan şəxslər, hamilə qadınlar, yeni doğulanlar, istehsalat xəsarəti alanlar, yoxsul və aztəminatlıları ayırmaqla
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Əmək statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nemət Xuduzadə
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Əmək statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nemat.khuduzade@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 61 21
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 06.03.2020
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 18.01.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 18.01.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı
BMT-nin qlobal göstəricilər sistemində bu DİM göstəricisi “1.3.1 Minimal sosial müdafiə səviyyəsi (sistemləri) ilə əhatə olunan əhalinin xüsusi çəkisi, uşaqlar, işsiz şəxslər, ahıllar, əlilliyi olan şəxslər, hamilə qadınlar, yeni doğulanlar, istehsalat xəsarəti alanlar, yoxsul və aztəminatlı əhali ayrıca göstərilməklə cins bölgüsündə” kimi müəyyən edilmişdir. 
Göstərici rəsmi statistika məlumatları əsasında milli kontekstdə verilmişdir. Göstərici nisbi göstərici olub, iki əsas statistik göstəricinin (məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslər və onlardan işsizlikdən sığorta ödənişi alanlar) əsasında hesablanır. 
İşsizlikdən sığorta ödənişi alanların xüsusi çəkisi işsizlikdən sığorta ödənişi alanların sayının məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin ümumi sayına nisbətinin      100-ə hasili kimi hesablanır. Bu göstərici cinslər üzrə müvafiq qaydada hesablanır.
3.2 Təsnifat sistemi İnzibati ərazi bölgüsü təsnifatı: http://www.azstat.org/tesnifat/
3.3 Əhatə edilən sektor  Müşahidə iqtisadiyyatın bütün sektorlarını əhatə edir.
3.4 Statistik anlayışlar və təriflər
Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən beş iş günü ərzində ona münasib iş təklif olunduğu və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmış şəxs işsiz kimi qeydiyyata alınmış şəxs hesab edilir. http://www.e-qanun.az/framework/39846
İşsizlikdən sığorta "İşsizlikdən sığorta haqqında" AR Qanunu ilə nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. 
Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. http://www.e-qanun.az/framework/36310
3.5 Statistik vahid Məşğulluq xidmətləri orqanları, Müşahidə vahidi – İşsiz şəxslər
3.6 Statistik məcmu Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası  Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları
3.8 Vaxt əhatəliyi İşsizliyə görə müavinət alanların sayına dair göstərici 1991-ci ildən, işsizlikdən sığorta ödənişi alanlara dair göstərici isə yeni milli qanunvericiliyə uyğun olaraq 2018-ci ildən başlayaraq tətbiq olunur.
3.9 Baza dövrü  Göstəricinin baza dövrü yoxdur, çünki indeks hesablanmır.
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü aylıq
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur. http://www.e-qanun.az/framework/8882
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstəricinin hesablanması inzibati məlumatlar əsasında hesablanır.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi  Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2 Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi aylıq
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat İşsizlikdən sığorta ödənişi alanlar barədə məlumatların yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.  
10.2 Nəşrlər Göstəriciyə dair məlumatlar Ölkənin sosial iqtisadi inkişafına dair aylıq məruzədə, "Dayanıqlı inkişaf məqsədləri"  statistik icmalda və "Əmək bazarı" illik məcmuələrində nəşr edilir və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilir. https://www.stat.gov.az/news/macroeconomy.php?page=1  https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/DIM_stat_2019.zip https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/labour_2019.zip
10.3 Onlayn məlumat bazası İşsizlikdən sığorta ödənişi alanlar haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. https://www.stat.gov.az/source/labour/az/006_1-4.xls
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq sorğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
10.6 Metodologiya üzrə sənədlər Göstəricinin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir. http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7 Keyfiyyət üzrə sənədlər  Keyfiyyət məruzəsi - http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik biznes-prosesin ümumi modeli” tətbiq edilir. 
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları İşsizlikdən sığorta ödənişi alanlar həm beynəxalq, həm rəhbər orqanların, kütləvi informasiya vasitələrinin, elmi mütəxəssislərin, həm də geniş ictimaiyyətin nümayəndələrinin maraq dairəsindədir. Göstərici əsasən işsizlik, işlə təminat və s. üzrə vəziyyətin öyrənilməsi və təhlili məqsədilə istifadə olunur.
12.2 İstifadəçi məmnunluğu

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytında istifadəçi məmnunluğu ilə bağlı sorğu yerləşdirilib. http://www.stat.gov.az/link_click_counter/

12.3 Dolğunluq İşsizlikdən sığorta ödənişi alanlar haqqında məlumat mövcuddur və tam dolğundur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə məşğulluq xidməti orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda məşğulluq xidməti orqanları tərəfindən təqdim edilən məlumatlar məntiqi olaraq yoxlanılır.
13.2 Seçmə xətası Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
14.2 Tam vaxtında yerinə yetirmə  Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müxtəlif coğrafi sahələr üzrə işsizlikdən sığorta ödənişi alanlara dair göstəriciləri müqayisə etmək mümkündür. Göstəricinin coğrafi sahələr üzrə müqayisəsi zamanı heç bir problem meydana çıxmır.
15.2 Vaxt üzrə müqayisəlilik Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr nəzərdə tutulmur.
15.3 Sahələrarası uyğunluq İşsizlikdən sığorta ödənişi alanlar göstəricisinə praktikada alternativ olacaq göstərici olmadığına görə sahələrarası uyğunluq məsələləri araşdırılmamışdır. Əlaqəli statistika yoxdur.
15.4 Daxili uyğunluq İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərqlər yaranmır.
16 1 Xərc və yük Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Belə təcrübə mümkündür.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslər və onlardan işsizlikdən sığorta ödənişi alan şəxslər.
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar aylıq və rüblük dövriliklə toplanır.
18.3 Məlumatların toplanması Məlumatlar məşğulluq xidməti orqanları tərəfindən toplanır və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilir.
18.4 Məlumatlara nəzarət Hesabat elektron formada təqdim olunur. Hesabat üzrə toplanması nəzərdə tutulan məlumatın həcminin tamlığına və düzgünlüyünə nəzarət www.stat.gov.az saytı vasitəsilə həyata keçirilir. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların ümumiləşdirilməsi aparılmır.
18.6 Düzəlişlər Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən məşğulluq xidməti orqanlarına məlumat verilir və müvafiq düzəlişlər aparılır.
19 1 Şərh  Əlavə şərh yoxdur.