Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Göstərici 5.1.1 Cins əlamətinə görə bərabərlik və qeyri-ayrıseçkiliyin təşviqi, təmin edilməsi və nəzarəti üçün hüquqi çərçivələrin mövcudluğu

Azərbaycanda cins əlamətinə görə bərabərlik və qeyri-ayrı seçkiliyin təmin və təşviq olunması üçün zəruri normativ-hüquqi baza mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların hüquq və azadlıqlarını elan edir və onların həyata keçirilməsinə zəmanət verir. Konstitusiyanın 25-ci maddəsinin 2-ci hissəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
Bununla yanaşı, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi sahəsində ictimai münasibətlərin tənzimlənməsi “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təmin edilir. Qanunun 3-cü maddəsinin 1-ci bəndi ilə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır.
Əmək münasibətləri sahəsinə gəldikdə,  cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməli, eyni işlə məşğul olan işçilərə eyni iş şəraiti yaradılmalıdır[1].
Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.
Yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin hüquqi əsasları “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunla seksual qısnama qadağandır.
Gender bərabərliyinin təmin edilməsinə nəzarəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi[2] həyata keçirir.

 



[1] Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasını Qanunu

[2] Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli, 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  haqqında Əsasnamə

 

 

Mənbə: Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi


  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşğıdakı cədvəldə göstərici üzrə statistik metod və qaydalara dair əlavə şərhedici məlumatlar əks olunmuşdur.
Göstərici
5.1.1 Cins əlamətinə görə bərabərlik və qeyri-ayrı seçkiliyin təmin və təşviq olunması, habelə bu sahədə müşahidə üçün normativ-hüquqi bazanın mövcudluğu
Aid olduğu hədəf
5.1. Hər yerdə bütün qadın və qızlara qarşı bütün formalarda ayrı-seçkiliyə son qoymaq
Aid oldğu səviyyə II səviyyə
Himayədar qurum(lar)
Qlobal metaməlumta keçid
E-stolüstü kitaba keçid https://unstats.un.org/wiki/display/SDGeHandbook/Indicator+5.1.1