Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək
Göstərici 4.c.1 Tələb olunan minimal kvalifikasiyalara malik olan müəllimlərin xüsusi çəkisi, təhsil səviyyəsi üzrə bölgüdə


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  4.c.1 Tələb olunan minimal kvalifikasiyalara malik olan müəllimlərin xüsusi çəkisi, təhsil səviyyəsi üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Tələb olunan minimal kvalifikasiyalara malik olan müəllimlərin xüsusi çəkisi, təhsil səviyyəsi üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Sosial statistika şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Elçin Hacı
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Sosial statistika şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu elchin.haji@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 90 12
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 24.07.2014
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi  24.07.2014
2.3 Metaməlumatların son yenilənməsi tarixi  15.03.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı
Bu göstərici işə qəbul olunanadək və ya təhsil müəssisələrində işlədiyi vaxt ərzində müvafiq səviyyəyə uyğun ölkədə tələb olunan minimal peşə hazırlığı keçmiş müəllimlərin xüsusi çəkisini müəyyən edir. Tələb olunan minimal kvalifikasiyalara malik olan müəllimlərin xüsusi çəkisi minimal peşə hazırlığı keçmiş müəllimlərin sayının müəllimlərin ümumi sayına nisbəti kimi faizlə müvafiq  təhsil səviyyəsi üzrə hesablanır.
3.2 Təsnifat sistemi  İnzibati-Ərazi vahidlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı
3.3 Əhatə edilən sektor  Sosial
3.4 Statistik anlayışlar və təriflər Ümumi təhsil müəssisələri ibtidai, ümumi orta, tam orta ümumi təhsillərin ümumtəhsil proqramlarını həyata keçirən müəssisələridir. Ümumi təhsil müəssisələrinin növləri aşağıdakılardan ibarətdir: ibtidai, orta, tam orta ümumtəhsil məktəbləri, o cümlədən ayrı-ayrı fənləri dərindən öyrədən liseylər, gimnaziyalar. Ümumi təhsil məktəbləri dövlət, bələdiyyə və özəl müəssisələrinə bölünür. Ümumi təhsil müəssisələri fasiləsiz təhsil sisteminin əsas hissəsi hesab edilir və bütün ölkə vətəndaşlarına dövlət standartlarına uyğun pulsuz ümumi təhsil almalarında dövlət zəmanətli hüquqlarını həyata keçirməyə imkan verir.
3.5 Statistik vahid  Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
3.6 Statistik məcmu  Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə ümumi təhsil müəssisələrində təhsil alanlardır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası  Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələri
3.8 Vaxt əhatəliyi  1990-cı ildən başlayaraq bütün illəri əhatə edir.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar  Təhsilin Beynəlxalq Standard Təsnifatı (ISCED 2011)
6.2 Məlumatların təşkilatlararası bölgüsü  Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər  Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət
10.3 Onlayn məlumat bazası  İllik məcmuələrin, bülletenlərin nəşri üçün məlumatlar bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, Ekspes-Məlumat və bir çox tapşırıqlar baza məlumatlarının yekunları əsasında hazırlanır.
10.4 Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6 Metodologiya üzrə sənədlər  1-müəllim №-li forma (Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibi haqqında) hesabat formasının doldurulmasına dair göstəriş (http://www.stat.gov.az)
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı  Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılıb
11.2 Keyfiyyət qiymətləndirilməsi  Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu  İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 31.08.2013-cü il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (https://www.stat.gov.az/source/others/sorqu-yekun_06.12.2017.pdf)
12.3 Dolğunluq  Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik  Belə qiymətləndirmə aparılmamışdır
13.2 Seçmə xətası  Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma  Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibi haqqında məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik  Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2 Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3 Sahələrarası uyğunluq  Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük  1-müəllim №-li forma (Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibi haqqında) illik rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradır.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Ümumi təhsil müəssisələrində pedaqoji işçiləriə dair məlumatlar 1-müəllim №-li forma (Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibi haqqında) hesabatı vasitəsilə toplanır. Mənbə ümumi təhsil müəssisələridir
18.2 Məlumatların toplanması dövriliyi  Məlumatlar illik dövriliklə toplanır
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət  Rayon (şəhər) təhsil şöbələri və qeyri-dövlət ümumi təhsil müəssisələri yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edirlər.
18.5 Məlumatların ümumiləşdirilməsi  Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibinə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər  Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19 1 Şərh Əlavə şərh yoxdur.