Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək
Göstərici 4.4.1 İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarına malik olan gənclərin və böyüklərin xüsusi çəkisi, bacarıq növləri üzrə bölgüdə


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  4.4.1 İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarına malik olan gənclərin və böyüklərin xüsusi çəkisi, bacarıq növləri üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarına malik olan gənclərin və böyüklərin xüsusi çəkisi, bacarıq növləri üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Xidmət statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Gülbala Quliyev
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Xidmət statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu gulbala.guliyev@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 93 98
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 8/30/2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 23.01.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 23.01.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı İnformasiya və kommunikasiya (İKT) bacarıqlarına malik gənclərin və böyüklərin bacarıq növlərinə görə xüsusi çəkisi  
3.2 Təsnifat sistemi İnzibati ərazi bölgüsü təsnifatı
3.3 Əhatə edilən sektor İnformasiya və rabitə statistikası
3.4 Statistik anlayışlar və təriflər İnformasiya və telekommunikasiya (İKT) bacarıqlarına malik gənclərin və böyüklərin bacarıq növlərinə görə verilmiş zaman müddətində (məs., son üç ay ərzində) kompüterlə əlaqəli müəyyən fəaliyyətləri yerinə yetirmiş gənclərin (15-24 yaş arası) və böyüklərin (15 yaş və yuxarı) faizlə ifadəsidir
3.5 Statistik vahid Ev təsərrüfatları
3.6 Statistik məcmu Müşahidə vahidi ev təsərrüfatları və fərdlər götürülür. Seçmə yolu ilə müşahidə aparılır və baş məcmuya şamil olunur
3.7 İstinad zonası Ev təsərrüfatları
3.8 Vaxt əhatəliyi Məlumatlar bütün illəri əhatə edir və dinamika sıraları mövcuddur
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin etməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Məlumatın yayılması DSK-nın internet səhifəsində yerləşdirilməsi əsasında həyata keçirilir
8.2 Yayım təqviminə giriş Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur
8.3 İstifadəçi girişi “Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət” Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Azərbaycanda informasiya cəmiyyəti
10.3 Onlayn məlumat bazası İllik məcmuələrin məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikroməlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər
10.5 Digər Göstərici məcmuələrdən əlavə beynəlxalq təşkilatlar tərəfindən göndərilən sorğu vərəqələrində də əks olunur
10.6 Metodologiya üzrə sənədlər http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.7 Keyfiyyət üzrə sənədlər Ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair müayinə forması beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılması nəzərdə tutulmuşdur. Statistik məhsulların və proseslərin nizamlı şəkildə aparılması, onların keyfiyyətinin yaxşılaşdırılması- Statistik biznes-prosesin ümumi modeli (SBPÜM) əsasında həyata keçiriləcəkdir https://www.stat.gov.az/menu/2/quality/
11.2 Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. Azərbaycan Respublikasının rəsmi statistika sistemində keyfiyyətin təmin olunmasının milli baza prinsipləri" (2013); Statistik məlumatların işlənməsi zamanı bütün keyfiyyət komponentlərinin paralel şəkildə yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə olunur. Belə hallarda hər bir statistik məhsul üzrə fərdi yanaşma tətbiq olunur və məhsulun keyfiyyəti üçün vacib olan aktuallıq, dəqiqlik, vaxtlı-vaxtında olma, uyğunluq və müqayisəlilik komponentlərinin zəruriliyi üzrə seçim edilir
12 1 Aktuallıq Statistik məlumatların istifadəçilərinin tələbatının mövcud məlumatlara ödənilməsi dərəcəsidir. İstehsal və istehlak olunan statistik anlayışlara (təriflər, təsnifatlar və s.) tələbatın ödənilməsi dərəcəsi.
12.1 İstifadəçi tələbatları İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı hər hansı bir tələb daxil olduqda operativ şəkildə qiymətləndirilir və həmin məlumatın əldə edilməsi aktualdırsa, müvafiq prosedura keçdikdən sonra həmin məlumat növbəti illərdən rəsmi statistika hesabatına əlavə edilərək toplanır.
12.2 İstifadəçi məmnunluğu İstifadəçilərin tələbatlarının ödənilməsi məqsədi ilə onlar tərəfindən verilən təkliflər mümkün qədər nəzərə alınır
12.3 Dolğunluq Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır
13 1 Dəqiqlik və etibarlılıq Dəqiqlik: hesablamaların və ya qiymətləndirmələrin dəqiqliyə və ya həqiqi  göstəriciyə yaxınlığı.Etibarlılıq: ilkin göstəricinin sonradan qiymətləndirilmiş göstəriciyə yaxınlığı.
13.1 Ümumi dəqiqlik İlkin məlumatlarda səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası vacib olan göstərişlər verilir 
13.2 Seçmə xətası Məlumatın düzgünlüyünə şübhə yarandığı halda, hesablama nəzarəti xətanın (səhvin) mövcudluğunu müəyyən etməyə imkan verir
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparıla bilər
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun oyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
14.1 Vaxtlı-vaxtında olma Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır
14.2 Tam vaxtında yerinə yetirmə İlkin məlumatların alınması ilə yekun məlumatların hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik Statistikanın ərazi (region) və ya vaxt üzrə müqayisəsində fərqlilik olan anlayışlara, ölçü vahidlərinə və prosedurlara. Müxtəlif üsullarla və müxtəlif məqsədlər üçün statistik məlumatların birləşdirilməsi mümkünlüyü.
15.1 Coğrafi müqayisəlilik Ölkə üzrə hesablanır
15.2 Vaxt üzrə müqayisəlilik Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur
15.3 Sahələrarası uyğunluq Digər sahələrlə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq İlkin məlumatlar yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə səhvlərin icrası ilə bağlı göstərişlər verilir
16 1 Xərc və yük Respondentlərə düşən yükün azaldılması sahəsində daimi işlər görülür, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər və aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılır
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti" üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası vacib olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Ev təsərrüfatları və fərdi şəxslər
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Müayinə anketlərini bazaya daxil edərkən proqrama verilmiş xüsusi nəzarət (məsələ qoyuluşu) əsasında, 2-ci yoxlama yerli statistika orqanları tərəfindən, 3-cü yoxlama Aparatın Xidmət statistikası şöbəsi tərəfindən aparılır
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir
18.6 Düzəlişlər Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına müvafiq düzəlişlərin edilməsi ilə bağlı tapşırıq verilir
19 1 Şərh Əlavə şərh yoxdur.