Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək
Göstərici 4.3.1 Son 12 ay ərzində gənclərin və böyüklərin formal və qeyri-formal təhsildə və peşə hazırlığında iştirak səviyyəsi, cins üzrə bölgüdə



  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Son 12 ay ərzində gənclərin və böyüklərin formal və qeyri-formal təhsildə və peşə hazırlığında iştirak səviyyəsi, cins üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Sosial statistika şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Elçin Hacı
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Sosial statistika şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu elchinh@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 90 12
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 86 41
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi  24.07.2014
2.3 Metaməlumatların son yenilənməsi tarixi  27.10.2017
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Ali təhsil müəssisələrinə akademiyalar, universitetlər və institutlar aiddir. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını həyata keçirir və bu hazırlıq “Bakalavriat”, “Magistratura” (tibb təhsili istesna olmaqla) və “Doktorantura” səviyyələridir.Orta ixtisas təhsili müəssisələri (kolleclər) orta təhsilli peşəkar mütəxəssislər hazırlayır. Bunlara sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, iqtisadi, pedaqoji, musiqi, mədəni-maarif kollecləri və texnikumları, tibb, xoreoqrafik məktəbləri aiddir. Orta ixtisas təhsili müəssisələrində mütəxəssislərin hazırlanması istehsalatdan ayrılmaq və ya ayrılmamaq şərti ilə aparılır. İlk peşə-ixtisas təhsil müəssisələri (peşə məktəbləri və peşə liseyləri) – müxtəlif peşədən olan nadir və ənənəvi sənətkarlıq sahələrinin dirçəlməsinə yönəldilən ilk peşə-ixtisas təhsili müəssisələridir. İlk peşə-ixtisas təhsil müəssisələrinə icbari təhsili başa vuran, sənətə meylli, müxtəlif istehsal sahələrində peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəni dəyişdirmək arzusunda olan gənclər qəbul olunurlar.
3.2 Təsnifat sistemi  İnzibati-Ərazi vahidlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı
3.3 Əhatə edilən sektor  Sosial
3.4 Statistik anlayışlar və təriflər Ali təhsil müəssisələri hüquqi şəxs statusuna malik olan və ali ixtisas təhsilinin peşə təhsili proqramlarını həyata keçirən müəssisələrdir. Ali təhsil almaq məqsədilə təhsil verməni təhsil müəssisələrinin aşağıdakı növləri həyata keçirir: akademiyalar, universitetlər, institutlar, konservatoriyalar, kolleclər. Bu təhsil müəssisələrinin filialları, fakültələri, kafedraları, hazırlıq bölmələri, elmi-tədqiqat laboratoriyaları, magistraturaları, doktoranturaları, peşə təhsilinin təhsil bölmələri, təcrübə təsərrüfatları, təhsil teatrları və digər struktur bölmələri ola bilər.Orta ixtisas təhsilinin təhsil müəssisələri (orta ixtisas təhsili müəssisələri) orta ixtisas təhsilinin ixtisas təhsili proqramlarını həyata keçirən müəssisələrdir. Orta ixtisas təhsilinin təhsil müəssisələrinə kolleclər aiddir. Orta ixtisas təhsilinin təhsil müəssisələrinin filialları, tədris-məsləhət məntəqələri (müəssisələri), bölmələri, hazırlıq kursları, tədris kabinetləri və laboratoriyaları, tədris və tədris-istehsal emalatxanaları və təsərrüfatları, təlim poliqonları, mütəxəssis və işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması və digər struktur bölmələri ola bilər. Orta ixtisas təhsilinin təhsil müəssisələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır, fəaliyyət göstərir, yenidən təşkil edilir və ləğv edilir.İlk peşə-iхtisas məssisələri - ilk peşə-iхtisas təhsili əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə iхtisaslı işçi kadrların hazırlanmasını təmin edir.
3.5 Statistik vahid  Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
3.6 Statistik məcmu  Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə ali təhsil, orta ixtisas və ilk peşə təhsili müəssisələrində təhsil alanlardır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası  Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün  ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri və ilk peşə-ixtisas təhsili müəssisələri
3.8 Vaxt əhatəliyi 1990-cı ildən başlayaraq bütün illəri əhatə edir.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar  Təhsilin Beynəlxalq Standard Təsnifatı (ISCED 2011)
6.2 Məlumatların təşkilatlararası bölgüsü  Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər  Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət
10.3 Onlayn məlumat bazası  İllik məcmuələrin, bülletenlərin nəşri üçün məlumatlar bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, Ekspes-Məlumat və bir çox tapşırıqlar baza məlumatlarının yekunları əsasında hazırlanır.
10.4 Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər
10.6 Metodologiya üzrə sənədlər  "Ali təhsil müəssisələri haqqında" 1-ali təhsil (bakalavr) №-li forması, "Orta ixtisas təhsili müəssisələri" 1-orta ixtisas təhsili №-li forması və "İlk peşə-ixtisas təhsili müəssisələri haqqında" 1-ilk peşə-ixtisas təhsili №-li formasının doldurulmasına dair göstəriş (http://www.stat.gov.az)
10.7 Keyfiyyət üzrə sənədlər
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı  Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılıb
11.2 Keyfiyyət qiymətləndirilməsi  Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəçilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu  İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 31.08.2013-cü il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (https://www.stat.gov.az/source/others/sorqu-yekun_06.12.2017.pdf)
12.3 Dolğunluq  Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik  Belə qiymətləndirmə aparılmamışdır
13.2 Seçmə xətası  Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma  Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə Ali təhsil ,orta ixtisas təhsili və İlk peşə-ixtisas təhsili müəssisələri  barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik  Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2 Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3 Sahələrarası uyğunluq  Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq  Ali təhsil ,orta ixtisas təhsili və İlk peşə-ixtisas təhsili müəssisələrini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük 1-ali təhsil (bakalavr) №-li,1-orta ixtisas təhsili №-li və 1-ilk peşə-ixtisas təhsili №-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradır.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Ali təhsil müəssisələrinə dair məlumatlar 1-ali təhsil (bakalavr) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə ali məktəblərdir.Orta ixtisas təhsili müəssisələrinə dair məlumatlar 1-orta ixtisas təhsili №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə Peşə məktəbləri və peşə liseyləridir.  İlk peşə-ixtisas təhsili müəssisələrinə dair məlumatlar 1-ilk peşə-ixtisas təhsili №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə Peşə məktəbləri və peşə liseyləridir
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Mülkiyyət növündən asılı olmayaraq, ali təhsil, orta ixtisas təhsili və  ilk peşə-ixtisas təhsili müəssisələri yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edirlər.
18.5 Məlumatların ümumiləşdirilməsi Ali təhsil, orta ixtisas təhsili və ilk peşə-ixtisas təhsili müəssisələrinə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər  Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19 1 Şərh