9.1.2. Sərnişin və yük daşımalarının həcmi, nəqliyyat növləri üzrə bölgüdə
2010-2019-cu illər ərzində nəqliyyat sektorunda sərnişin
daşımalarının həcmi hər il ardıcıl olaraq artsa da, 2020-ci ildə bu
göstərici 2019-cu illə müqayisədə 42,7 faiz azalmışdır. 2021-ci ildə
nəqliyyat sektorunda sərnişin daşımalarının həcminin əvvəlki ilə nəzərən
3,1 faiz artmasına baxmayaraq, pandemiyayaqədərki dövrlə (2019-cu il)
müqayisədə 41,0 faiz aşağı olmuşdur.



2021-ci
ildə 2020-ci illə müqayisədə beynəlxalq sərnişin daşımalarının həcmi
748 min sərnişindən 612 min sərnişinədək azalmış, daxili sərnişin
daşımalarının həcmi isə 1176884 min sərnişindən 1213541 min
sərnişinədək artmışdır.
2010-2019-cu
illər ərzində nəqliyyat sektorunda yük daşımalarının həcmi hər il ardıcıl
olaraq artsa da, 2020-ci ildə bu göstəricinin qiyməti 2019-cu illə müqayisədə
19,8 faiz azalmışdır. 2021-ci ildə nəqliyyat sektorunda yük daşınmasının
həcminin əvvəlki ilə nəzərən 2,8 faiz artmasına baxmayaraq, pandemiyayaqədərki
dövrlə (2019-cu il) müqayisədə 17,6 faiz aşağı olmuşdur.
