1.2.1 Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi, cins üzrə bölgüdə
Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ölkə əhalisinin xüsusi çəkisi 2010-cu ildəki 9,1 faizdən azalaraq 2015-ci ildə 4,9 faiz səviyyəsinə düşmüş, 2016-cı ildə 1,0 faiz bəndi artmış, sonrakı 3 il ərzində hər il ardıcıl olaraq 0,3 faiz bəndi azalaraq 2019-cu ildə 4,8 faiz səviyyəsinə enmişdir. Göstəricinin qiyməti 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən artsa da, 2021-ci ildə yenidən azalmış və 5,9 faiz (kişilər üzrə 5,9 faiz, qadınlar üzrə isə 6,0 faiz) səviyyəsinə enmişdir.